Suriyanın şimalındakı əşirətlər də YPG/PKK-ya qarşı döyüşməyə başladı

  • 10 Okt - 2019

Türkiyə ordusunun “Barış Pınarı” əməliyyatına başlaması ilə bərabər Suriyanın Rəsulayn rayonunda yerləşən Baqqa əşirəti və bəzi digər əşirətləri YGP/PKK terror təşkilatına qarşı döyüşməyə başlayıblar.

Avropa.info xəbər verir ki, xeyli sayda əşirət Türkiyə təhlükəsizlik orqanları ilə əlaqə saxlayaraq Türkiyədən yardım istəyiblər.

“Türkiyənin sülh və stabilliyi təmini, terrorla mübarizədəki rolunu çox qiymətli və vacib sayırıq. Türkiyənin Fəratın şərqində başlatdığı hərbi əməliyyatı qəlbən dəstəklədiyimizi qeyd edirik” – Suriya Əşirətlər və Qəbilələr Məclisi təmsilçisi Əbdüləziz Müslat belə deyib.


Oxunma sayı: 672

Oxşar yazılar