"Barış Pınarı” ilə bağlı saxta məlumat yayan 21 nəfər saxlanıldı – Fotolar

  • 10 Okt - 2019

Türkiyənin Mardin şəhərində “Barış Pınarı” əməliyyatı ilə bağlı sosial şəbəkələrdəki paylaşımlara görə 21 nəfər saxlanılıb.

Avropa.info "Anadolu" agentliyinə istinadən xəbər verir ki, yalan məlumat yayan şəxslər öz paylaşımlarında insanları nifrət və düşmənçiliyə təhrik edib, terror təşkilatlarının təbliğatını aparıb.

Şübhəlilərlə bağlı polis araşdırmaları davam etdirir.

Xatırldaq ki, terrorçuların tərəfini tutan şəxslərin yaydıqları məlumatlar içərisində 1992-ci ilin fevralın 26-da ermənilərin Xocalıda törətdikləri soyqırımın fotosu da var. 

Qeyd edək ki, terror təşkilatı tərəfdarlarının "Fərat qalxanı" və "Zeytun budağı" əməliyyatları sırasında dünya miqyasında baş verən savaş və qətliam fotolarını sosial şəbəkələrdə yayaraq, manipulyasiya və dezinformasiya məqsədilə istifadə etdikləri ortaya çıxmışdı.


 


 


Oxunma sayı: 650

Oxşar yazılar