Bakı-Quba yolunda minik avtomobili yük maşınlarının arasında qaldı: Ölənlər var

  • 10 Okt - 2019

Bakı-Quba yolunda baş verən ağır yol qəzası ilə bağlı cinayət işi başlanıb.

Avropa.info xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Baş Dövlət Yol Polis İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev deyib.

Onun sözlərinə görə, hadisə Bakı-Quba yolunun 52-ci kilometrliyində baş verib. Quba rayonu istiqamətində hərəkətdə olan "VAZ 2107" markalı avtomobil eyni istiqamətdə hərəkətdə olan yük maşınına çırpılıb.

Hadisə nəticəsində "VAZ 2107" markalı avtomobildə olan 3 nəfər hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Cinayət Məcəlləsinin 263-3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha artıq şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri aparılır.

***

Bakı-Quba yolunda ağır yol qəzası baş verib. 

Avropa.info APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Quba yolunun 52-ci kilometrliyində (Xızı rayonu ərazisindən keçən hissəsində) qeydə alınıb. İkisi yük, biri minik avtomobili olmaqla üç avtomobil toqquşub.

Qəza nəticəsində minik avtomobili yük maşınlarının arasında qalıb. Nəticədə minik maşınında olan 3 nəfər hadisə yerindəcə keçinib. 

Faktla bağlı araşdırma aparılır.

 

 


Oxunma sayı: 1343

Oxşar yazılar