“Polisə Dəstək” İctimai Birliyi Masallı və Cəlilabadda tədbir keçirdi – Foto

  • 10 Okt - 2019

“Polisə Dəstək” İctimai Birliyi “İnsanalveri cinayətlərini doğuran səbəblərin və problemin xəbərdarlığı, tədqiqi, habelə profilaktikasında ictimaiyyətin rolu” mövzusunda oktyabrın 8-də Masallı Dövlət Regional Kollecində və  oktyabrın 10-da ADPU-nun Cəlilabad filialında, Rayon Polis şöbələri, icra orqanlarının müvafiq sturukturları və KİV -lə birgə  seminar- mühazirə keçirib.

Maarifləndirmə xarakterli tədbir QHT Şurasının maliyyə dəstəyi ilə həyata keçirilmiş “İnsan alverinin qarşısının alınması,problemlərin xüsusiyyətləri,habelə oxşar hüquqa zidd əməllərin,uşaqların insan alverinə məruz qalma risklərinin tədqiqi və bu istiqamətdə ictimai rəyin öyrənilməsi” ətrafında iştirakçılara geniş məlumat verilib.

Tədbiri giriş sözü ilə açan Kollecin direktoru Vidadi Nəzərov qısa informasiyadan sonra söz “Polisə Dəstək” İB-nin sədri Şəmsəddin Əliyevə verilib. O, insan alverinin sosial hüquqi hadisə kimi ictimai orqanizmin normal inkişafına mane olduğunu, insanların sosial davranışlarına, onların iradə azadlığına və psixikasına neqativ təsir etdiyini, insan alverini doğuran səbəblərin aradan qaldırılması və bu işin nəzarətdə saxlanılması, habelə onun xəbərdarlığı və profilaktikası üçün vətəndaşların maarifləndirilməsi dövlətin cinayətkarlıqla mübarizə siyasətində prioritet təşkil etdiyini diqqətə çatdırıbr .

Respublika DİN-nin statistik məlumatlarına görə 2018-cı il ərzində 144 (+2) insan alveri cinayətləri müəyyən edilib, 28(+11) nəfərdən ibarət 13(+5) cinayətkar qrup zərərsizləşdirilərək insan alverinin qurbanı olmuş 98(+27) şəxsin cəmiyyətə reinteqrasiyası təmin edilib. “İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi”nin bu istiqamətdə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri SNQ dövlətlərindən fərqli və görk olacaq həddədir.

Ş.Əliyev daha sonra insan alverinin insan hüquq və azadlıqlarına ciddi təhlükə olduğu, insan ləyaqətini alçaldan,şəxsiyyətin toxunulmazlığına yönələn qəsd, iqtisadi stabilliyi sarsıdan,vətəndaşların iradə azadlığını məhdudlaşdıran xüsusilə ağır və transmilli mütəşəkkil cinayətkarlığın mühüm, təhlükəli problemi barədə məlumat vermişdir. BMT-nin statistikasına görə il ərzində insan alverindən gələn gəlir 32-35 milyard dollar təşkil etdiyini və 2,5 milyon insanın bu cinayətin müxtəlif formalarından əziyyət çəkdiyini xatırladıb, habelə qurbanların sırasında qadın və uşaqların çoxluq təşkil etdiyini narahatlıqla ifadə edib. Sonda Ş.Əliyev vətəndaşları ayıq-sayıq olmağa çağırıb: "İş və təhsillə bağlı yalan vədlərə ümid bəslənməsi sadəlövhlükdür". 

Tədbirdə Masallı RPŞ-nin rəisi polis polkovniki Habil Əmiraslanov və yetkinlik yaşına çatmayanların işi üzrə baş inspektoru S.Əliyev də çıxış edib,  verilən sualları mahiyyəti üzrə cavablandırıb. 

Tədbir oktyabrın 10-da ADPU-nun Cəlilabad filialında Pedaqoji və tələbə kollektivini iştirakı ilə davam edib. Seminar mühazirəni giriş sözü ilə məktəbin direktoru Xudayar Sultanlı açmış, sonra məruzə ilə “Polisə Dəstək” İB-nin sədri Şəmsəddin Əliyev çıxış edib. 

Tədbirdə Cəlilabad RPŞ-nin rəisi polis polkovniki  Mübariz Quliyev insan alveri cinayətlərinin ictimai münasibətlərə zidd hal olduğunu, cəmiyyətin dəstəyi ilə belə hüquqa zidd və Cinayət məcəlləsi ilə qadağan olunan əməllərin zərərindən danışıb. 

Tədbirin sonunda iştirakçılara“İnsan alveri” kitabçası paylanılıb və insanın alqı -satqısını əks etdirən 10 dəqiqəlik videofilm nümayiş etdirilib.


Oxunma sayı: 650

Oxşar yazılar