Türkiyəyə qarşı sərt sanksiyalar paketi Senata çıxarıldı – Paketdə Ərdoğanın da adı var

  • 10 Okt - 2019

ABŞ Senatının respublikaçı senator Linsdsi Qrem və demokrat senator Kris Van Hollen tərəfindən hazırlanan sanksiyalar paketində Türkiyəyə ağır cəzalar nəzərdə tutulub.

Avropa.info xəbər verir ki, sanksiyalar paketini “Twitter” də paylaşan Qrem Konqresdə təmsil olunan hər iki partiyanın sanksiyalar məsələsində həmfikir olduğunu deyib. 

Sanksiyalar paketində Türkiyə prezidenti Ərdoğan, prezident köməkçisi Fuad Oqtay və xarici işlər naziri Mövlud Çavuşoğlunun adı da yer alıb.

Türkiyənin Suriyadakı əməliyyatlarını 90 gün ərzində dayandırmaması halında hərbi və ticarət sektorlarına da ağır sanksiyalar tətbiq olunması istənilən paketdə Türkiyə Silahlı Qüvvələrinə təyyarə, maşın, avtomobil və ehtiyat hissələrinin satışının dayandırılması ilə yanaşı hərbi kəşfiyyat məlumatlarının verilməsinə qadağa qoyulması çağırışı edilib.

Bununla yanaşı enerji və neft satışı məsələsində Türkiyə və Türkiyə ilə əməkdaşlıq edən xarici ölkə və təşkilatlara sanksiya tətbiq olunması təklif olunan paketdə Rusiyadan S-400 HHM sistemlərinin satın alınmasına görə sanksiya tətbiq olunması istənilib.

Mövcud paketin Senatda səsə qoyulub qəbul edilməsi halında Trampın imzalanması üçün Nümayəndələr Palatasında da qəbul edilməsi lazımdır.

Ancaq Tramp qanun layihəsinə veto qoymaq hüququ da mövcuddur. Konqresin hər iki qanadında 2/3 səs çoxluğu ilə qəbul olunması halında Trampın veto səlahiyyətini aşdığı üçün qanun layihəsi legitimləşir.

Respublikaçı senator Lindsi Qrem Fəratın şərqində əməliyyata qarşı yazdıqları ilə Türkiyənin etirazına səbəb olmuşdu. Senator Qrem ABŞ siyasətində PYD/YPG/PKK terror təşkilatına dəstək verən şəxsi kimi tanınır. 


Oxunma sayı: 1387

Oxşar yazılar