Qətərdən “Barış Pınarı” əməliyyatı ilə bağlı Türkiyəyə dəstək

  • 10 Okt - 2019

Türkiyənin terror təşkilatı PYD-yə qarşı başlatdığı “Barış Pınarı” əməliyyatı ilə bağlı dünya ölkələrindən ard-arda açıqlamalar gəlir.

Avropa.info xəbər verir ki, ABŞ, Avropa İttifaqı və Ərəb Birliyinin əməliyyatı qınayan bəyanatlar veriblər.

Qətər lideri Şeyx Təmim bin Hamed Əl Sani Türkiyə prezidenti Ərdoğana zəng edərək, dəstəyini çatdırıb. 

“Prezident Ərdoğan ilə telefon söhbətində regional prosesləri müzakirə edən Şeyx Təmim iki ölkə arasındakı dostluğu vurğulayıb”.


Oxunma sayı: 1541

Oxşar yazılar