Tramp ilk dəfə YPG-nin PKK olduğunu etiraf etdi və sensasiyaya imza atdı : "Obama dönəmində PKK ilə müttəfiq olduq"

  • 10 Okt - 2019

ABŞ prezidenti Donald Tramp ilk dəfə  YPG üçün bilavasitə PKK ifadəsini istifadə edərək, YPG-nin əslində PKK terror təşkilatının özü olduğunu təsdiqləyib. 

Avropa.info xəbər verir ki, Tramp Ağ Evdə keçirdiyi toplantıda verdiyi Suriya qərarını dəyərləndirib. Suriyadan çəkilmə qərarının doğru olduğunu deyən Tramp, Obama dövründə ABŞ-ın YPG ilə müttəfiqlik etməsininin yanlış olduğunu bildirərkən, YPG-nin PKK adlandırıb.

"Obama dövründə olduğu kimi Türkiyənin ölümcül düşməni olan PKK ilə tərəfdaşlıq etdiyimiz zaman, bu son dərəcə çətin bir vəziyyət olur. Onlar uzun illərdir bir-birinə nifrət edirlər". 
 

Trump, ABŞ-ın Yaxın Şərqdəki varlığını da "ən pis xəta" kimi səciyyələndirib.

Avropa.info


Oxunma sayı: 5776

Oxşar yazılar