"Barış Pınarı" əməliyyatının ilk nəticəsi açıqlandı

  • 09 Okt - 2019

Türkiyənin hərbi təyyarələri "Barış Pınarı" əməliyyatı çərçivəsində Fərat çayının şərqində yerləşən və 30 km dərinlikdə yerləşən YPG/PKK terror təşkilatına məxsus obyektləri məhv edib.

Avropa.info xəbər verir ki, əməliyyat ilk nəticəsi də açıqlanıb. Saat 17:00-dan bu yana 55 terror obyekti vurulub.

Türkiyə Silahlı Qüvvələrinə məxsus F-16 təyyarələri Türkiyə sərhədində formalaşdırılmaq istənilən koridoru yox etmək missiyasını yerinə yetirir. Türk təyyarələri Ay İsa rayonu ətrafındakı Rami aviabazası və silah anbarı ilə Aluk, Mustel, Əsadiyə Fender və Huşan kəndlərindəki terror təşkilatı obyektlərini vurub.


Oxunma sayı: 6095

Oxşar yazılar