Azərbaycanla Pakistan arasında birbaşa uçuşlar ola bilər

  • 09 Okt - 2019

Gələn ilin yayından Azərbaycanla Pakistan arasında birbaşa aviareyslərin həyata keçirilməsinə başlanıla bilər. 

Bu barədə Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid məlumat verib.

Onun sözlərinə görə, hazırda bu məsələ ilə bağlı "Azərbaycan Hava Yolları" QSC və Pakistanın milli aviadaşıyıcısı arasında danışıqlar aparılır. 

“Birbaşa uçuşlar başlayan kimi Turizm Şurası Pakistanın turizm idarəsilə əməkdaşlıq sazişi imzalamaq niyyətindədir”, - deyə o əlavə edib. 

Təyyarə uçuşlarının Bakı ilə Pakistanın Kəraçi və Lahor şəhərləri arasında həyata keçiriləcəyi gözlənilir. 

Qeyd edək ki, hazırda Azərbaycanın Turizm Bürosu Kəraçidə keçirilən və sabah başa çatacaq “Pakistan Travel Mart” sərgisində iştirak edir. 

2018-ci ildə Azərbaycana Pakistandan 41 268 nəfər, bu ilin 8 ayında isə 28 576 nəfər (ötən ilin eyni dövrünə nisbətən 12,9% çox) pakistanlı turist gəlib.

 

 

report


Oxunma sayı: 507

Oxşar yazılar