Coğrafiya İnstitutunun direktoru: "Xəzərdə nərə balığı ehtiyatının tükənmə problemi yaranıb"

  • 09 Okt - 2019

"Sahilində 20 milyon insanın yaşadığı Xəzər dənizi regionunun ekoloji vəziyyəti olduqca gərgindir“.

Bunu "Xəzərin Avrasiya inteqrasiyasına töhfəsi: sülh, harmoniya və mehriban qonşuluq dənizi” mövzusunda keçirilən dəyirmi masada AMEA Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov Xəzər dənizinin tarixi, siyasi mövqeyi, müasir vəziyyəti və problemləri haqqında təqdimatında bildirib.

R. Məmmədov deyib ki, Xəzərin bəzi yerlərində çirkləndiricilər normadan 10-20 dəfə artıqdır: "Nərə balığı ehtiyatının tükənmə problemi yaranıb. Xəzər dənizinin səviyyəsinin dəyişkənliyi nəticəsində 1989-1995-ci illərdə Azərbaycanda ekoloji vəziyyət pisləşib”.

Çıxışının sonunda alim Avrasiya Xalqları Assambleyasının birgə fəaliyyəti nəticəsində Xəzərin sülh, həmrəylik və mehriban qonşuluq dənizinə çevriləcəyinə ümidvar olduğunu söyləyib.

 


Oxunma sayı: 650

Oxşar yazılar