Mayk Tayson: “Ailəmiz belə zənginlik görməyib”

  • 19:10 - 09 Oktyabr

Əfsanəvi boksçu Mayk Tayson UFC üzrə iki çəki dərəcəsində sabiq dünya çempionu Konor Makqreqora müraciət ünvanlayıb. 

O pabda yaşlı kişini döydüyü üçün məhkəmə özünə çıxacaq həmyerlisinə məsləhət verib. 

M. Tayson bildirib ki, 6 aya qədər həbs gözləyən amerikalı döyüşçü daha təmkinli olmalıdır: “Konor özündən niyə belə etdiyini soruşmalıdır. Bu cür problemlərin yolunu biz bilmirik. Birdən milyonlarla dollar qazanmağa başlayırıq. Bizim heç vaxt bu qədər pulumuz olmayıb. Ailəmiz belə zənginlik görməyib. Təmkin yox, bu durumda nə etmək anlayışı yox. Hətta düşünməyə başlayırsan ki, bütün bunlara layiq deyilsən”.

Qeyd edək ki, K. Makqreqor həbslə yanaşı, 1500 dollar cərimə də oluna bilər. 


Oxunma sayı: 5479

Oxşar yazılar