Almaniyanın şərqində sutka ərzində ikinci silahlı insident qeydə alınıb

  • 09 Okt - 2019

Almaniya polisi Halle şəhərində sinaqoq yaxınlığında baş verən hücumdan sonra həmin rayondan 15 kilometr məsafədə yerləşən Landsberqdə də güllə səslərinin eşidildiyini təsdiqləyib.

Bu barədə ölkənin hüquq-mühafizə orqanları məlumat yayıb.

Landsberq şəhərində baş verən hadisənin təfərrüatları açıqlanmır.

Xatırladaq ki, oktyabrın 9-da Almaniyanın Halle şəhərində naməlum şəxslərin insanları atəşə tutması nəticəsində azı iki nəfər həlak olub. Polisin məlumatına əsasən, hücumu iki nəfər həyata keçirib, onlardan biri saxlanılıb.

İnsidentin sinaqoq yaxınlığında baş verdiyi, həmçinin yəhudi qəbiristanlığının ərazisinə qumbara atıldığı bildirilir. Hadisə yəhudi dininin əsas bayramlarından biri “Yom Kipur” günündə qeydə alınıb.


Oxunma sayı: 584

Oxşar yazılar