Son dəqiqə: Türk F-16-ları YPG/PKK bazalarını bombalayır

  • 09 Okt - 2019

Türkiyə Suriyada rəsmən “Barış Pınarı” əməliyyatına başlayıb.

Avropa.info xəbər verir ki, Türkiyə ordusu terror təşkilatına məxsus obyektləri vurub. 

“Reuters” xəbəri “Terror təşkilatı YPG/PKK-ya məxsus silah-sursat anbarları vuruldu” başlığı ilə təqdim edib.

Diyarbəkirdə 8-ci aviabazadan qalxan F-16 təyyarələri Suriyada terror təşkilatına məxsus obyektlərinə bomba yağdırır.


Oxunma sayı: 2729

Oxşar yazılar