Müsavat qurultayın vaxtını dəyişdi

  • 09 Okt - 2019

Müsavat Partiyasının qurultayı əvvəlcədən elan olunduğu kimi oktyabrın 12-də deyil, 13-də keçiriləcək.

Modern.az xəbər verir ki, bu barədə Müsavat Partiyasının hazırkı başqanı Arif Hacılı namizədlərin bugünkü debatında bildirib.

Onun sözlərinə görə,  qurultay oktyabrın 13-də Bakının Binəqədi rayonunda yerləşən “Büllur” şadlıq sarayında (keçmiş “İnqilab” kinoteatrı) keçiriləcək.

Müsavat başqanı vəzifəsi uğrunda üç namizəd - hazırki başqan Arif Hacılı, partiyanın Divan üzvləri Tofiq Yaqublu və Yadigar Sadıqlı mübarizə aparacaq.


Oxunma sayı: 672

Oxşar yazılar