Son dəqiqə: "Barış Pınarı" əməliyyatı başladı və Türkiyə ordusu Suriyaya girdi – Ərdoğan rəsmən açıqladı

  • 09 Okt - 2019

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sosial media hesabından Fəratın şərqində PKK/YPG-yə qarşı "Barış Pınarı" əməliyyatının başladığını açıqlayıb. 

Avropa.info xəbər verir ki, Ərdoğanın açıqlamasında belə deyilir: 

"Türk Silahlı Qüvvələrimiz  Suriya Milli Ordusu ilə birlikdə Suriyanın şimalında PKK / YPG  terror təşkilatlarına qarşı #ParishPinari əməliyyatına başlamışdır. Məqsədimiz cənub sərhəddimizdə qurulmağa çalışan terror dəhlizini məhv etmək və bölgəyə sülh və əmin-amanlıq gətirməkdir. 

"Barış Pınarı" əməliyyatı ilə ölkəmizə qarşı terror təhlükəsini ortadan qaldıracağıq. Quracağımız GÜVƏNLİ BÖLGƏ sayəsində suriyalı qaçqınların ölkələrinə qayıtmalarını təmin edəcəyik. Suriyanın ərazi bütövlüyünü qoruyacağıq və bölgə xalqını terrorun əlindən azad edəcəyik."


Oxunma sayı: 4929

Oxşar yazılar