"Türkiyə bunu etməyə məcburdur" – Trampdan növbəti Suriya açıqlaması

  • 09 Okt - 2019

Türkiyə Avropanın geri qaytarmağı rədd etdiyi İŞİD əsirlərini təhvil almaq məcburiyyətindədir. 

Avropa.info xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp “Twitter” hesabında yazıb:

“Türkiyə şimali Suriyada uzun müddətdir planladığı əməliyyatı genişləndirir. Müxtəlif qruplar arasında münaqişələr əsrlərdir davam edir. ABŞ əsla Yaxın Şərqdə olmamalı idi. 50 hərbçimizi çıxardıq. Türkiyə Avropanın qaytarmağı rədd etdiyi əsir İŞİD döyüşçülərini almaq məcburiyyətindədir. Qurtarmaq bilməyən axmaqcasına müharibələri bizim üçün bitir”.


Oxunma sayı: 1200

Oxşar yazılar