Almaniyada terror: Naməlum şəxs sinaqoqa hücum etdi, ölənlər var – Bir nəfər saxlanılıb (Yenilənib)

  • 09 Okt - 2019

Almaniyada baş vermiş silahlı insidentdən sonra polis bir nəfəri saxlayıb.

APA-nın xəbərinə görə, bu barədə Qalle şəhərinin polis idarəsinin “Twitter” səhifəsində bildirilib.

“Bizim əməkdaşlarımız bir nəfəri saxlayıb”, - deyə qeyd olunub.

Polisin məlumatına görə, silahlı insidenti törətməkdə şübhəli bilinənlərin sayı bir neçə nəfərdir.

***

Almaniyanın Qalle şəhərində sinaqoqun yaxınlığında naməlum silahlı şəxs insanlara atəş açıb.

Avropa.info APA-ya istinadən bildirir ki, hadisə nəticəsində iki nəfər ölüb.

Şəhər polisinin "Twitter"də verdiyi məlumata görə, silahlı şəxs hadisə yerindən qaçıb. Onun atış açdığı yer isə sinaqoq olub.

Hazırda cinayətkarın saxlanılması istiqamətində tədbirlər davam etdirilir.


Oxunma sayı: 859

Oxşar yazılar