Əməliyyat öncəsi son hazırlıq: Türkiyə-Suriya sərhədinə 5000 komandos göndərildi

  • 09 Okt - 2019

Türkiyə Fəratın şərqində əməliyyata hazırlaşır.

Avropa.info xəbər verir ki, sərhəd bölgəsinə, xüsusilə Akçaqala və Ceylanpınar rayonlarına böyük miqdarda texnika və canlı qüvvə yığılır. Regiona komandos birləşmələrindən seçilmiş beş min nəfər göndərilib. Sərhəddə Dənizli, Tuncəli, Sarıqamış, Sakarya, Siirt, Bolu və Kayseridən gətirilmiş komandos birləşmləri var. Zirehli texnika da gətirilir.

Əməliyyatın iki mərhələli olması halında Rəsul Ayn ilə Tel Abyadın nəzarət altına alınması planlanır. Bu çərçivədə Akçaqala və Ceylanpınarın əməliyyatın iki əsas mərkəzi olması gözlənilir.

Fəratın qərbindən gətirilən Suriya Milli Ordusuna bağlı birləşmələr də regiona gətirilib. Gətirilən döyüşçülərinin sayının bir neçə min nəfər olduğu bildirilir.

Sərhəddə hazırlıq fəaliyyəti başa çatdıqdan sonra icra mərhələsinə keçiləcək. Əməliyyatın artilleriya atəşi ilə başlaması halına ilk olaraq təhlükə kəsb edən ünsürlər vurulacaq.


Oxunma sayı: 1794

Oxşar yazılar