Azərbaycanda Atom Elektrik Stansiyasının tikintisi ilə bağlı nazirdən açıqlama

  • 14:58 - 09 Oktyabr

Azərbaycan Rusiya tərəfindən ölkədə Atom Elektrik Stansiyasının (AES) tikintisi ilə bağlı irəli sürülən təklifi nəzərdən keçirir.

"APA -Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Energetika naziri Pərviz Şahbazov deyib.

Nazirin sözlərinə görə, Rusiya bu sahədə böyük təcrübəyə malikdir və bu ölkənin dünya üzrə bir çox analoji layihələri var: "Bizə də təklif olunub və Azərbaycan bu təklifi nəzərdən keçirir. Amma konkret bir şey demək hələ tezdir".


Oxunma sayı: 10957

Oxşar yazılar