Kimya sahəsi üzrə Nobel mükafatının qalibləri elan olundu

  • 09 Okt - 2019

Con Qudenaf, Stenli Uittinghem və Akira Yoşino kimya sahəsi üzrə Nobel mükafatının laureatı elan ediliblər.

Avropa.info xəbər verir ki, onlar litium batareyalarının hazırlanmasındakı xidmətlərinə görə mükafatı layiq görülüblər.

“Bu rahat şarj edilən və güclü batareyalar mobil telefonlar, notbuklardan tutmuş elektrik avtomobillərinə qədər hər yerdə istifadə olunur. Onlar günəş və külək enerjisi kimi bərpa olunan mənbələrin enerjisini kifayət qədər saxlaya bilirlər” – İsveç Kral Akademiyasının açıqlamasında deyilir.

Qeyd edək ki, litium batareyalarının ixtiraçılarının adı son illər dəfələrlə Nobel mükafatına namizədlər arasında səslənib.


Oxunma sayı: 364

Oxşar yazılar