Azərbaycan qlobal rəqabət reytinqində 11 pillə irəliləyib

  • 14:30 - 09 Oktyabr

Azərbaycan Dünya İqtisadi Forumunun 2019-cu il üzrə qlobal rəqabətə davamlılıq reytinqində 11 pillə irəliləyib.

Avropa.info-nun məlumatına görə, hazırda ölkəmiz 62,7 bal ilə reytinqdə 58-ci yerdədir. Ermənistan 61,3 balla siyahıda 69-cu, Gürcüstan 60,6 balla 74-cü yerdə qərarlaşıb.

141 ölkədən ibarət reytinq siyahısında ilk beşlikdə Sinqapur, ABŞ, Honkonq, Niderland və İsveçrə yer alıb.

Qeyd edək ki, qlobal rəqabətə davamlılıq indeksi 12 göstərici əsasında tərtib olunur. Azərbaycan “bazarın miqyası” istisna olmaqla “əmək bazarı”, “biznesin dinamikliyi”, “ərzaq bazarı”, “infrastruktur”, “bacarıqlar”, “ictimai institutlar”, “bazarın miqyası”, “innovativ potensial” kimi indekslərdə ötən ilə nisbətən irəliləyib.


Oxunma sayı: 6194

Oxşar yazılar