"Əli Kərimlinin məqsədi hərc-mərclik yaratmaqdır" – Deputat

  • 09 Okt - 2019

“Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və Milli Şuranın oktyabrın 8-də keçirdiyi piketin bir adı var idi – Təxribat! Bunun başqa adı ola bilməzdi. AXCP və Milli Şura rəhbərliyinin əsas hədəfi hər vəchlə ölkədəki mövcud sabitliyi pozmaq, xaos yaratmaq, ölkənin imicinə zərbə vurmaqdır. Dünən keçirilən piketdə məhz bu cür çirkin niyyətləri həyata keçirməyə xidmət edirdi”. 

Bu fikri “Avropa.info”-ya açıqlamasında millət vəkili Mirkazım Kazımov deyib. 

Onun sözlərinə görə, Azərbaycan demokratik ölkə olaraq vətəndaşalrın hüquq və azadlıqları, həmçinin srəbəst toplaşmaq hüququ da tanınır, onlara öz fikirlərini sərbəst ifadə etmək üçün hər cür şərait yaradılır. 

“Azərbaycan Respublikasında vətəndaşların sərbəst toplaşmaq azadlığı Konstitusiyanın 49-cu maddəsi ilə və digər qanunvericilik aktları ilə tənzimlənir. Konstitusiyamıza görə, hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı, müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə, ictimai qaydanı və ya ictimai asayişi pozmamaq şərtilə, dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər təşkil etmək hüququ var. Elə oktyabrın 8-də keçirilən piket də bunun bariz nümunəsi idi. Bakı Şəhər İcra Hakimiyyəti piketin keçirilməsi, yeri və təhlükəsizliklərinin təmin olunması barədə razılıq vermişdi. Ancaq bu radikal ünsürlər qanunlara riayət etməyərək piketin nəzərdə tutulan ünvanda deyil, qanunvericiliyin tələblərini poazaraq təxribat törətmək məqsədi ilə qəsdən başqa ərazidə keçirməyə üstünlük verdilər. Bu yolla həm kənardakıların diqqətini özlərinə cəlb etmək, həm də hərəkətləri lentə alaraq xaricdəki “ağalarına” ünvanlamaqla, guya Azərbaycanda sərbəst toplaşmaq, söz və fikir azadlığının pozulduğunu göstərməyə növəbti cəhd etdilər”- deputat bildirib. 

M.Kazımov əlavə edib ki, bu radikal ünsürlər onlar üçün ayrılan ərazidə deyil əhalinin gur olduğu, məktəbin yanında ictimai-asayişi kobud şəkildə pozub, vətədnaşların hərəkətlərinə mane olmaqla müxtəlif şüarların səsləndirib, ajiotaj yaradaraq qanunun tələblərini kobud surətdə pozdular. Polisin onları qanunun tələblərinə əməl etməsi təklifinin əksi olaraq, qəsdən dinc aksiya keçirmək qaydalarını pozaraq polisi təxribata çəkirdilər. Polisin onları qaydalara riayət etməsi ilə bağlı dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, səs-küy yaratmaq, qanunun tələblərinə zidd, təxribata sövq edəcək şüarlar, fikirlər səsələndirməkdə davam ediblər.Yayılan videolarada bunu açıq görmək olar. Bütün bunlar bir dahahəmin radikal ünsürlərin məqsədi öz etirazlarını sivil formada bildirmək yox, təxribat törətmək və ictimai-asayişi pozmaq olub”- deputat bildirib. 

Burada digər diqqət çəkən məqamı xatırladan deputat deyib ki, AXCP və Milli Şuranın rəhəbəri, başda Əli Kərimli olmaqla heç biri aksiyada olmayıb: “Onlar prosesi ancaq kənardan izləməklə kifayətləniblər. Hesab edirəm ki, aksiyanın dinc formada keçirilməsini başda Əli Kərimli olmaqla onun dəstəsi istəməyib. Əgər belə olmasaydı, Əli Kərimli tərəfdarlarını bu təxribatçı hərkətlərdən çəkindirməyə cəhd edərdi. Amma bu olmadı. Deməli, Əli Kərimli və onu dəstəsinin əsas hədəfi ölkədə ictimai-asayişin pozulması və xaosun yaranmasıdır. Ona görə də oktyabrın 8-də piketin keçirilməsi ilə bağlı tələblərin pozulması və ictimai-asayışın pozulmasına görə Əli Kərimli birbaşa məsuliyyət daşıyır. Əli Kərimli və onun dəstəsinin məqsədi Azərbaycanı yenidən keçən əsrin 90-cı illərinə qaytarmaq, hərc-mərclik yaratmaqdır. Odur ki, onun bu hərəkətinə hüquqi qiymət verilməsi və məsuliyyətə cəlb olunmalıdır”. 

Avropa.info


Oxunma sayı: 760

Oxşar yazılar