"Barış Pınarı" əməliyyatının başlaması an məsələsidir - Türkiyə ordusunun ilk hədəfi nədir?

  • 09 Okt - 2019

ABŞ qüvvələrinin sərhəd xəttindən çəkilməsindən sonra Türkiyə Silahlı Qüvvələri (TSQ) Fərat çayının şərqindəki əməliyyat üçün hazırlıq işlərini başa çatdırıb.

Avropa.info xəbər verir ki, sərhəd xəttində gözlər Ankaradan gələn təlimatlara  yönələrkən, Tel Abyada açılan Akçakalə sərhəd xəttindəki divar xətləri üç nöqtədə qaldırılıb.

 Sərhədin sıfır nöqtəsində yerləşən kəndlərdə yaşayan vətəndaşlardan etibarlı nöqtələrə çəkilmələri istənilib. Gün ərazində bölgəyə xeyli sayda hərbçi gətirilib. 

Türkiyə mətbuatının yazdığına görə, Fəratın şərqində baş tutacaq əməliyyatda  Türkiyə Silahlı Qüvvələrinin (TSQ) ilk hədəfinin 30 kilometr dərinlikdə və 40 kilometr genişlikdə bir bölgəni nəzarəti altına alaraq, terror təşkilatı PKK/YPG tərəfindən işğal olunan ərazilər arasındakı əlaqəni kəsmək olduğu bildirilir. 

İlk etapdakı əməliyyat Rasullayn və Tel Abyaddan Ayn əl Ərab (Kobani) sərhədinə qədər bir bölgəni əhatə edir. TSQ əməliyyatın birinci mərhələsində Tel Abyad və Rəsullayn bölgəsinin tamamında nəzarəti ələ keçirmək və terror təşkilatının işğal etdiyi  beynəlxalq ROTKO yolunu bağlamağı hədəfləyir. Magistral yolun nəzarət altına alınması ilə  terror təşkilatının işğalında olan  Ayn əl Ərəb və Cəzirə bölgələri arasındakı əlaqə kəsiləcək. 

Əməliyyatın ikinci mərhələsində isə PKK/YPG-nin işğal etdiyi digər bölgələr arasındakı strateji nöqtələrdə aparılacaq əməliyyatlarla dəhlizlər yaradılacaq. Beləliklə, terror təşkilatının işğalı altındakı ərazilər parçalanacaq və zəiflədiləcək.

Avropa.info


Oxunma sayı: 2168

Oxşar yazılar