Lavrovdan Əsəd rejimi və YPG-yə çağırış

  • 09 Okt - 2019

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu dünənki telefon söhbəti əsnasında Suriyanın ərazi bütövlüyü və suverenliyinə hörmətini təsdiqlədi.

Avropa.info xəbər verir ki, bu açıqlama ilə Sergey Lavrov çıxış edib. 

“Dünən axşam Türkiyə xarici işlərnaziri ilə telefonda danışdım. O, Türkiyə tərəfinin Suriyanın suvereniteti və ərazi bütövlüyünə olan hörmətini qəti və birmənalı şəkildə təsdiqlədi. Bizim səylərimizin son məqsədi Suriya dövlətinin ərazi bütövlüyünü tam miqyasda bərpa etməkdir” – Lavrov deyib.

Rusiyalı nazir Ankara və Vaşinqtonun Suriyanın şimal-şərqindəki vəziyyətlə bağlı birgə bəyanatından sonra Moskvanın rəsmi Dəməşq və Suriya kürdləri (YPG terror təşkilatı) ilə regiondan təhlükəsizliyin təmin olunmasını ilə bağlı müzakirə apardığını deyib:

“Suriyanın bu regionundakı problemlərin rəsmi Dəməşq və buralarda yaşayan kürdlərin nümayəndələri arasında dialoq qurulması ilə həllinin tərəfdarıyıq. Dünən rəsmi Dəməşq və kürd nümayəndələrinin bu cür dialoqa hazır olduqlarını eşitdik. Biz dialoqun başlamasına maksimum səviyyədə töhfə verməyə hazırıq. Digər əsas aktyorların da bunu dəstəkləyəcəyinə ümid edirik”.


Oxunma sayı: 1013

Oxşar yazılar