Vilayət Eyvazovdan daha iki təyinat

  • 09 Okt - 2019

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov yeni kadr dəyişikliyi edib.

Avropa.info "Qafqazinfo"ya istinadla xəbər verir ki, nazirin yeni əmrinə əsasən, polis kapitanı Samir Məmmədov Zaqatala Rayon Polis Şöbəsinə rəis müavini təyin olunub. Samir Məmmədov bundan əvvəl Nəsimi Rayon Polis İdarəsində işləyib.

Oxu.az-ın məlumatına görə isə Vilayət Eyvazov polkovnik-leytenant Musayev Fikrət Kamal oğlunun Samux Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini təyin edilməsi barədə əmr imzlayıb. F.Musayev bu vəzifəyə qədər Daşkəsən RPŞ-də xidmət üzrə müavin işləyib.


Oxunma sayı: 617

Oxşar yazılar