“Türkiyənin yolundan çəkildik” – Pentaqondan yeni Suriya bəyanatı

  • 09 Okt - 2019

Pentaqonun mətbuat katibib Hoffman ABŞ prezidenti Donald Trampın Suriya qərarı ilə bağlı rəsmi bəyanat verib.

Avropa.info xəbər verir ki, Hoffman Türkiyənin Suriyanın şimalında ehtimal olunan əməliyyatı ilə bağlı prezident Trampın ABŞ hərbçilərini regiondan çıxarma qərarını Pentaqonla məsləhətləşməməsi iddialarına etiraz edib:

“Əksinə, yayılan səhv xəbərlərə rəğmən prezident Türkiyənin ehtimal olunan hərbi əməliyyatı ilə bağlı Suriyanın şimalındakı vəziyyət və ABŞ hərbçilərini qorumaq səylərinə dair nazir Mark Esper və Baş Qərargah rəisi Mark Milley məsləhətləşmə aparıb”. 

Hofmman Türkiyənin Suriya qərarı ilə bağlı bu sözləri deyib:

“Nazirlik stabilliyi təmin etməyin ən yaxşı yolu - Suriyada təhlükəsizlik zonası yaratmaq məsələsindəki mövqeyini hələ də qoruyur. Təəssüf ki, Türkiyə birtərəfli qaydada hərəkət etməyi seçdi. Nəticə olaraq Suriyanın şimalındakı ABŞ hərbçilərinin təhlükəsizliyini təmin etmək üçün Türkiyənin müdaxilə yolundan çəkildik. Hazırkı mərhələdə Suriyada hərbi mövcudiyyətimizlə bağlı dəyişiklik yoxdur”.


Oxunma sayı: 837

Oxşar yazılar