Qarabağlı general Paşinyanı hədələdi: “Fiziki cəhətdən məhv etmək lazımdır”

  • 09 Okt - 2019

“2016-cı ildə “Sasna Tsrer” qruplaşmasının terrorçularını əfv etdik. Amma bəyan edirəm ki, Qarabağ hakimiyyətin, sərhədlərimizə, mənə və xalqıma qarşı təcavüz edən istənilən şəxs fiziki baxımdan məhv ediləcək”.

Avropa.info modern.az-a istinadən xəbər verir ki, bu açıqlamanı qondarma rejimin keçmiş “təhlükəsizlik şurası katibi”, general-mayor Vitali Balasanyan verib.

O, Nikol Paşinyanı və radikal “Ssana Tsrer” qruplaşmasına qarşı sərt danışıb.

“Nikol Paşinyan və bu terrorçu qruplaşma bir-birinin tayıdır. Biri silahla, digəri isə hakimiyyəti ələ keçirməklə məşğuldur. Qoy Nikol Paşinyanın tərəfdarları bizi eşitsin və addım atsınlar”.

Vitali Balasanyan 1959-cu ildə Azərbaycanın Əsgəran qəsəbəsində anadan olub. O 1991-ci ildən başlayaraq Azərbaycan torplaqlarına təcavüzdə aktiv şəkildə iştirak edib.  


Oxunma sayı: 837

Oxşar yazılar