Deputat Azər Süleymanov: “Əli Əsədov idarəetməyə peşəkar cəhətdən yanaşan kadrdır"

  • 09 Okt - 2019

“Əli Əsədovu tanıyan şəxs kimi deyə bilərəm ki, Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə layiqli insandır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Əli Əsədovun baş nazir təyin olunması ilə bağlı qərarı Azərbaycanın daha da güclənməsinə və inkişafına xidmət edir. Əli müəllimin baş nazir təyin olunması münasibətilə Gürcüstan azərbaycanlıları və şəxsən öz adımdan təbrik edirəm”.

Avropa.info xəbər verir ki, bu sözləri Gürcüstan parlamentinin azərbaycanlı deputatı Azər Süleymanov bildirib.

“Onunla bir neçə dəfə görüşmüşəm. Deyərdim ki, iqtisadiyyata elmi və idarəetməyə peşəkar cəhətdən yanaşan kadrdır. Bu gün Azərbaycanın inkişafında onun bacarıqlı kadr kimi böyük rolu var. Onunla rəsmi və qeyri-rəsmi görüşlərdə iştirak etmişəm. Görüşlərdə də onun yüksək dünyagörüşə malik olduğunun şahidi olmuşam. Azərbaycan-Gürcüstan əlaqələrinin inkişafına və onun dinamikasına çalışan yüksək Azərbaycan məmurudur”.

Elnur Eltürk


Oxunma sayı: 771

Oxşar yazılar