Müsəlmanları təqib edənlər "qara siyahı"ya salındı

  • 08 Okt - 2019

ABŞ Ticarət Nazirliyi Çində uyğurların və müsəlman azlığın digər nümayəndələrinin hüquqlarının pozulmasında iştirak etdiyi üçün 28 Çin təşkilatını "qara siyahı"ya salıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, ABŞ Ticarət Nazirliyinin yaydığı açıqlamada belə deyilir.

Qeyd olunub ki, bu təşkilatlar Sintszyan-Uyğur muxtar rayonunda uyğurlara, qazaxlara və digər müsəlmanlara qarşı aparılan repressiya, kütləvi həbslər və elektron nəzarət kampaniyasında iştirak ediblər. Bununla da birbaşa insan hüquqlarını pozublar və səlahiyyətlərindən sui-istifadə ediblər.

Ekspertlərin fikrincə, Çinin böyük şirkətlərinə qarşı sanksiyaların genişləndirilməsi bu həftə Vaşinqtonda davam etdirilməli olan ABŞ və Çin arasındakı danışıqlara maneədir.


Oxunma sayı: 650

Oxşar yazılar