ABŞ-ın Azərbaycandakı səfirliyi Qrin Kart Viza proqramındakı saxtakarlıqla bağlı xəbərdarlıq edib

  • 08 Okt - 2019

ABŞ-ın Azərbaycandakı səfirliyi Qrin Kart Viza proqramının ərizəçilərinə göndərilən saxta elektron poçt və məktubların sayının əhəmiyyətli dərəcədə artması ilə bağlı ictimaiyyətə xəbərdarlıq edib.

Avropa.info-nun ABŞ-ın Azərbaycandakı səfirliyinə istinadən verdiyi xəbərə görə, bu cür saxta elektron poçt və məktubların müəllifləri Qrin Kart proqramının ərizəçilərindən ödəniş əldə etmək üçün özlərini ABŞ hökumətinin nümayəndəsi kimi təqdim edirlər.

“Bundan əlavə, yerli viza təşkilatları, Qrin Kart proqramınına daxil etmək məqsədi ilə, Sizə şəxsi məlumatları vermək üçün müraciət edə bilər. Bu təşkilatlar yalnız öz maraqlarını güdür. ABŞ səfirliyi heç bir yerli "Greencard" təşkilatı ilə çalışmır və ya dəstək göstərmir”, - deyə səfirliyin məlumatında qeyd olunub.

Səfirlikdən onu da bildiriblər ki, yalnız rəsmi Dövlət Departamentinin saytı (http://www.dvlottery.state.gov.) vasitəsilə heç kimə ödəniş ödəmədən ərizəni göndərmək mümkündür.


Oxunma sayı: 408

Oxşar yazılar