Ekvadoru etiraz aksiyaları bürüdü - bütün təhsil müəssisələri bağlanıb

  • 08 Okt - 2019

Ekvadoru bürüyən etiraz aksiyaları səbəbindən oktyabrın 8-də ölkədəki bütün təhsil müəssisələrində məşğələlər ləğv olunub.

Avropa.info xəbər verir ki, bu barədə Ekvadorun Təhsil Nazirliyi özünün “Twitter” səhifəsində məlumat yayıb. Qurum əlavə edib ki, bu addım həm şagird və tələbələrin, həm də müəllimlərin təhlükəsizliyinin təmin olunması məqsədilə atılıb.

Ölkədə etirazlara ötən həftə Prezidenti Lenin Morenonun dizel yanacağına və benzinə subsidiyaları ləğv etməsi səbəb olub. Bundan sonra yanacağın qiyməti 120 faizdən çox bahalaşıb. Həmkarlar ittifaqlarının nümayəndələri qərara qarşı çıxdıqlarını və etiraz aksiyalarına başlayacaqlarını bildiriblər.

Oktyabrın 3-də bütün ölkə ərazisində nəqliyyat işçiləri müddətsiz tətil elan edib. Bundan başqa, etirazçılar iri avtomobil yollarını bağlayıb. Bəzi şəhərlərdə nümayişlər iğtişaşlarla müşayiət olunub. Ekvador Prezidenti yaranmış vəziyyətlə əlaqədar ölkədə fövqəladə vəziyyət rejimi elan edib.

 


Oxunma sayı: 573

Oxşar yazılar