Tramp Ərdoğanın ABŞ-a səfər tarixini açıqladı

  • 08 Okt - 2019

ABŞ prezidenti Donald Tramp Türkiyə prezidenti Ərdoğanın 13 noyabrda ABŞ-a səfər edəcəyini açıqlayıb.

Avropa.info xəbər verir ki, Tramp bu barədə “Twitter” səhifəsində yazıb:

“Bir çoxları Türkiyənin ABŞ-ın böyük ticarət ortağı olduğunu unudur. Türkiyə F-35-lərin polad karkasını hazırlayır. Eyni zamanda İdlibdə xeyli sayda adamın həyatının xilas edilməsində mənə yardım etdilər”. 

Tramp rahib Endrü Bransonun evinə sağ-salamat dönməsini də qeyd edib:

“Eyni zamanda xatırlayın, daha da vacibi Türkiyə NATO-nun etibar etdiyi vacib üzv ölkədir. O, (Ərdoğan) 13 noyabrda qonağım kimi ABŞ-a gəlir”.


Oxunma sayı: 595

Oxşar yazılar