Rusiya və Türkiyə arasında tarixi müqavilə - Ticarət əməliyyatları milli valyutalarda aparılacaq

  • 17:19 - 08 Oktyabr

Rusiya Maliyyə Nazirliyi və Türkiyə Maliyyə və Xəzinədarlıq Nazirliyi hesabların milli valyutalarda aparılması ilə bağlı müqavilə imzalayıblar.

Avropa.info xəbər verir ki, bu barədə Rusiya Maliyyə Nazirliyi məlumat yayıb. Sənəd banklararası qarşılıqlı fəaliyyətin möhkəmlənməsini, həmçinin iki ölkə arasında fasiləsiz hesablaşmanı ehtiva edir.

Rusiya tərəfdən müqavilənin baş nazirin müavini, maliyyə naziri Anton Siluanov, Türkiyə tərəfdən isə maliyyə və xəzinədarlıq naziri Berat Albayrak imzalayıb. Rusiya Maliyyə Nazirliyi əsas məqsədin iki ölkə arasında lirə və rublla mütəmadi keçidi təmin etmək üçün müəyyən maliyyə infrastrukturunun yaradılması olduğunu deyib. 

Qeyd edək ki, 2018-ci ildə Rusiya və Türkiyə arasında ticarət dövriyyəsi 16% artaraq 25,5 milyard dollara çatıb.


Oxunma sayı: 7855

Oxşar yazılar