Bölgədə gərgin gözləmə: YPG/PKK, ABŞ və Əsəd üçbucağında nələr baş verir?

  • 08 Okt - 2019

YPG terrorçuları Türkiyə tərəfindən başladılacaq "Barış pınarı" əməliyyatlarından öncə Bəşər Əsədə tabe olan hərbi qüvvələri bölgəyə dəvət edib.

Avropa.info xəbər verir ki, YPG-nin "liderləri" Əsəd Rejimi və Rusiya ilə anlaşmaq ərəfəsində olduqlarını söyləyib.

Eyni zamanda, Azad Suriya Ordusu (ASO) da döyüşə hazır olduğunu deyib.

YPG terror təşkilatının bir "səlahiyyətlisi" Bəşər Əsədə məxsus qüvvələrin Mənbiçin şimal və qərbində mövqe tutduğunu bildirib. ABŞ isə bölgədə qüvvələr nisbəti arasında hər hansı bir dəyişiklik olmadığını açıqlayıb. Vaşinqton rəsmiləri isə Suriya rejimi qüvvələrinin və bəzi Rusiya hərbçilərinin şəhərə bir az yaxınlaşdığını, ancaq geniş miqyasda şəhərin cənubunda və ya cənub-qərbində olduqlarını söyləyib.

YPG terror təşklatının qondarma "səlahiyətlisi" İlham Əhməd isə bölgədəki fəaliyyətlərində Rusiya və Suriya hökuməti ilə anlaşma ərəfəsində olduqlarını iddia edib.

Türkiyənin başladacağı əməliyyatlardan öncə açıqlama verən ASO sözçüsü Youssef Hammoud bunları deyib:

"Mənbiç və çöl ərazilərdə ən ön səflərdə hazırıq. Azad Suriya Ordusu Mənbiç yaxınlarında mövqe tutaraq, hazırlıqlarını yekunlaşdırıb. Bizə veriləcək savaş işarəsini gözləyirik".

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya qüvvələrinin iddiaları ilə bağlı "psixoloji bir fəaliyyət" ifadəsini işlətmişdi. Kremlin sözçüsü Dmitri Peskov da "Barış pınarı" hərəkatı üçün, "bölgədə sabitlik yaratmaq üçün müsbət bir addımdır", deyib.

Türkiyənin əməliyyatları öncəsi sabisiz qalan PKK terror təşkilatı Əsəd rejiminə sığınmaq istədiyini açıqlamışdı. Suriya Dövlət nazirinin müavini Faysal Miqdad suriyalı kürdlərə hökumət qüvvələrinə qatılmaqla bağlı çağırış edib.

Faysal Miqdadın açıqlaması ABŞ hərbçilərinin çıxarılması qərarına Suriyadan ilk rəsmi etiraz olub.

Suriya hökumətinə yaxınlığı ilə tanınan "əl-Vətən" qəzetində yayımlanan xəbərə görə, Faysal Miqdad Türkiyənin əməliyyatları başlamadan öncə Suriyadakı kürdlərə "dibsiz quyuya yuvarlanmaq əvəzinə, hökumətə qatılmağa" dəvət edib.

ABŞ-ın Suriyanı tərk etmək qərarından sonra PKK, "kürəyindən bıçaqlandığını" söyləmişdi. Terror təşkilatı YPG/PKK-nın əlaltısı SDG-nin "Lideri" Mazlum Abdi Türkiyə ilə savaşmaq üçün Əsəd rejimi ilə ittifaq qurmaq istədiklərini demişdi.


Oxunma sayı: 2509

Oxşar yazılar