Əli Kərimli Milli Şuranın piketinə qatılmadı – Yenilənib

  • 08 Okt - 2019

Milli Şura Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında icazəli piket keçirir.

Avropa.info xəbər verir ki, aksiya Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binası ilə Azərbaycan Dövlət İqtisad Universiteti arasında yerləşən ərazidə nəzərdə tutulub. Piketdə maksimum iştirakçı sayı 50 nəfər müəyyən edilib.

Milli Şuranın keçirdiyi piketə təşkilatın rəhbəri Cəmil Həsənli və AXCP sədri Əli Kərimli qatılmayıblar. Bir qrup radikal müxalifətçi aksiya nəzərdə tutulmayan ərazidə siyasi şüarlar səsləndirməyə, eləcə də ictimai asayişi pozmağa cəhd edib. Ərazidə xidmət aparan polis əməkdaşları onların təxribatçı cəhdlərinin qarşısını alıblar.

Çıxışlardan sonra piketin başa çatdığı elan edilib.


Oxunma sayı: 914

Oxşar yazılar