Türkiyənin Suriyada keçirəcəyi əməliyyatla bağlı Kremldən açıqlama

  • 08 Okt - 2019

Ankaranın Suriyanın şimal-şərqində hazırladığı əməliyyatla bağlı Rusiya prezidenti Vladimir Putin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan, yaxud ABŞ prezidenti Donald Trampla əlaqə saxlamayıb.

Avropa.info xəbər verir ki, bu açıqlama ilə Kremlin mətbuat katibi çıxış edib. 

“Xeyr, heç bir informasiya yoxdur” – Peskov belə deyib.

Peskov Suriya münaqişəsinin nizamlanması ilə bağlı maneə yaradacaq fəaliyyətlərdən uzaq durmağa çağırıb. Peskovun sözlərinə görə, Moskva ümid edir ki, Türkiyənin keçirəcəyi əməliyyatın Suriyanın ərazi və siyasi bütövlüyünün saxlanılmasına xidmət edəcək.


Oxunma sayı: 859

Oxşar yazılar