Fizika üzrə Nobel mükafatının qalibləri açıqlandı

  • 08 Okt - 2019

Fizika sahəsi üzrə bu ilki Nobel mükafatının laureatları astrofizika alimləri olublar.

Avropa.info xəbər verir ki, qərar Stokholm şəhərində elan olunub. Mükafatını yarısını “fiziki kosmologiyada nəzəri kəşflərinə görə” Ceyms Pibls alacaq. Digər yarısı isə iki alim arasında bölünəcək. Mişel Mayor və Dediye Keloz günəş tipli ulduzlar ətrafında fırlanan ekzoplanetlərin kəşfinə görə bu mükafatı alacaqlar.

Ceyms Pibls Böyük partlayış, “qara materiya”, relikt şüalanma nəzəriyyələrinə böyük töhfələr verən Kanada-ABŞ fizikidir.

Mişel Mayor və Didye Keloz isə İsveçrə astrofizikləridir. 1995-ci ildə onlar ilk dəfə Günəş sistemindən kənarda, ulduz ətrafında fırlanan və Günəşə bənzəyən planet kəşf ediblər.

900 min ABŞ dollarından bir qədər çox Olan Nobel mükafatının yarısını Ceyms Pibls, digər iki alimin hər biri pulun dörddə biri qədərini alacaq. 


Oxunma sayı: 991

Oxşar yazılar