Qaxda partlayış baş verən yer polis nəzarətinə götürüldü – Əraziyə ANAMA çağırıldı

  • 08 Okt - 2019

Qax rayonu ərazisində partlayış baş verən ərazi polis nəzarətinə götürülüb.

Avropa.info Trend-ə istinadən xəbər verir ki, əraziyə təhlükəsizlik səddi çəkilib və giriş-çıxış qadağan edilib. Hazırda rayon rəhbərliyi və hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerindədirlər. İlkin ehtimala görə, ərazidə partlayıcı maddə olub və partlayış da bu səbəbdən baş verib.

Məlumata görə, hadisə yerinə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əməkdaşları (ANAMA) dəvət olunub. Agentliyin araşdırmalarından sonra hadisənin hansı səbəbdən baş verdiyi məlum olacaq.

Xatırladaq ki, bu gün səhər saatlarında Qax rayonu ərazisində qəfil partayış baş verib.

Hadisə nəticəsində ərazidə olan 6 nəfər xəsarət alaraq Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.


Oxunma sayı: 496

Oxşar yazılar