Son dəqəqə : Türkiyə döyüş təyyarələri böyük əməliyyata saatlar qalmış PKK/YPG-ni "ürəyindən" vurdu - Terrorçuların bazası bombalandı

  • 08 Okt - 2019

Türkiyənin Fəratın şərqində əməliyyatlara başlamasına saatlar qalmış, TSQ-ya aid təyyarələr Suriya ərazisində PKK/YPG terror təşkilatının hədəflərini bombalayıb. 

Avropa.info xəbər verir ki, bu haqda Əsəd rejiminə yaxın media qurumları məlumat yayıb. 

Məlumata görə, Türkiyə qırıcıları İraq sərhədinin yaxınlığında yerləşən Semelka sərhəd qapısındakı PKK/YPG hədəflərini bombalayıb. 

Türkiyə topları isə Malikiyə yaxınlığındakı terror hədəflərini bombalayıb.  

Qeyd edək ki, Semelka sərhəd qapısı PKK/YPG terror təşkilatı üçün önəmli bölgə sayılır.

Avropa.info


Oxunma sayı: 13278

Oxşar yazılar