"Ankaradan əmr gözləyirik, İnşallah Fəratın şərqindən PKK-nın kökünü qazacayıq" - Azad Suriya Ordusu

  • 07 Okt - 2019

"Ankaradan əmr gözləyirik. Təlimat gələn kimi Fəratın şərqinə keçib PKK-nın kökünü qazacayıq".

Avropa.info xəbər verir ki, bu sözləri Türkiyənin Doğan Xəbər Agentliyinə açıqlamasında müxalif Azad Suriya Ordusuna bağlı "Həmzə" Briqadasının komandiri Seyf Əbubəkr deyib.

ASO-nun həm "Fərat Qalxanı", həm də "Zeytun Budağı" əməliyyatlarında Türkiyə ordusu ilə birgə vuruşduğunu xatırladan Əbubəkr, Fəratın şərqində başladılacaq yeni əməliyat üçün hazır olduqlarını bildirib.

"Həmzə Briqadası olaraq ASO-nun tərkib hissəsiyik. Hazırlıqlarımız başa çatdı. Fəratın şərqi üçün əməliyyatlara hazırıq. Sadəcə Ankaradan təlimat gözləyirik. Hansı hədəfi göstərsələr, biz oraya getməyə hazırıq. İnşallah Fəratın şərqindən PKK-nın kökünü qazacayıq" - Seyf Əbubəkr belə deyib.


Oxunma sayı: 1332

Oxşar yazılar