Zaqatala sakinlərindən narkotik vasitə götürülüb

  • 07 Okt - 2019

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti uğurlu əməliyyat tədbiri həyata keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Avropa.info-ya verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Muxax kənd sakini Vüsal Süleymanov əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 3 ədəd kibrit qutusunda 21 qram qurudulmuş marixuana aşkarlanıb. Davam etdirilən tədbirlərlə ona həmin narkotik vasitəni satan şəxsin həmkəndlisi İsmayıl İsayev olduğu müəyyən edilib. Keçirilmiş tədbirlərlə İ. İsayev də şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı ünvana baxış zamanı 270 qrama yaxın qurudulmuş marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.

 


Oxunma sayı: 628

Oxşar yazılar