Mahir tibbi müayinədən keçdi: zədəsi nə vaxta sağalacaq?

  • 17:49 - 07 Oktyabr

Azərbaycan Premyer Liqasının VII turunda "Sabah"la oyunda (2:0) zədələnərək meydanı erkən tərk edən "Qarabağ"ın futbolçusu Mahir Emreli bu gün tibbi müayinədən keçib.

Avropa.info xəbər verir ki, Ağdam klubunun mətbuat xidmətinin yaydığı məlumata görə, hücumçunun ayaq bağlarında dartınma olduğu aşkarlanıb. Mahirin təxminən iki həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

O, millinin Bəhreyn və Macarıstanla oyunlarında meydana çıxa bilməyəcək. Emrelinin Avropa Liqasında "Qarabağ"ın heyətində oktyabrın 24-də Bakıda APOEL-ə qarşı matçda forma geyinməsi də sual altındadı.


Oxunma sayı: 5699

Oxşar yazılar