"ABŞ bizi kürəyimizdən bıçaqladı” – PKK/YPG terror təşkilatının sözçüsü

  • 07 Okt - 2019

Suriyanın şimalında qərarlaşan ABŞ ordusu regionu boşaltmağa başlayıb.

Avropa.info xəbər verir ki, ABŞ-ın uzun müddətdir silahlı dəstək verdiyi PKK/YPG,  ABŞ-ın öhdəliklərini yerinə yetirməməkdə ittiham edib. 

SDQ-nin sözçüsü Kino Qabriel “ABŞ bizi kürəyimizdən bıçaqladı” deyib.

“ABŞ bizə Türkiyənin regionda hərbi əməliyyatlar keçirməsinə icazə verməyəcəyi istiqamətində təminat vermişdi.  Türkiyə ilə savaşacayıq. Ərdoğanın hədəfləri təhlükəsizlik mexanizmini ölüm mexanizminə çevirmək, bizi bu ərazidən qovmaqdır" – PKK-lı Kino Qabriel İordaniyanın Əl-Hadat telekanalına müsahibəsində belə deyib.


Oxunma sayı: 1134

Oxşar yazılar