O ölkədə seçkilərin nəticələri açıqlandı – Seçilənlər arasında 2 türk millət vəkili var

  • 07 Okt - 2019

Kosovada dünən keçirilən növbədənkənara parlament seçkilərinin nəticələri açıqlanıb.

Avropa.info xəbər verir ki, nəticələrə görə, 120 deputat yeri olan Kosova Məclisində 2 türk millət vəkilinin yer alması gözlənilir.

Kosova Mərkəzi Seçki Komissiyası tərəfindən yayılan açıqlamada səslərin 93%-nin sayıldığı və bu çərçivədə VV partiyasının 25,82%, Kosova Demokratik Birliyinin (LDK) 24,93% və Kosova Demokratik Partiyasının 11,57% səs qazandığı bildirilib.

Kosovalı türklərin yeganə partiyası olan Kosova Demokratik Türk Partiyasının (KDTP) 0.80% səs aldığı açıqlanıb. 

Qeyd edək ki, Avropanın ən gənc ölkəsi olan Kosova 20 ildən bu yana 7-ci dəfə parlament seçkiləri keçirir. 


Oxunma sayı: 1464

Oxşar yazılar