“Bir gecə qəflətən gələ bilərik ..." - Ərdoğan ABŞ-ın Suriyadan çıxması haqda

  • 07 Okt - 2019

Türkiyə prezidenti Ərdoğan Serbiyaya səfərindən əvvəl Əsənboğa limanında suallara cavab verib.

Avropa.info xəbər verir ki, Türkiyənin Suriyanın şərqində keçirəcəyi əməliyyatla bağlı suallara cavab verən Ərdoğan “Axşamkı  telefon görüşümüzdən sonra prezident Trampın qeyd etdiyi kimi regiondan çıxma prosesi başlayıb” deyib.

“Hazırda qarşılıqlı razılaşmalar istiqamətində fəaliyyət aparılır. Bu zatən yeni bir şey deyil. Cənab Tramp bu məsələ ilə bağlı təlimatını vermiş və çəkilməyi əmr etmişdi, fəqət bu bir az gecikdi. Gecikməyə rəğmən istər amerikalı heyət, istər bizim heyətimiz regionla bağlı danışıqları hər zaman apardılar. Danışıqlar eyni qətiyyətlə davam edəcək. Həmişə dediyimiz bir söz vardı, “Bir gecə qəflətən gələ bilərik” demişdik, qətiyyətimiz davam edir” – Ərdoğan deyib.

Ərdoğan ABŞ-ın bundan sonra həbsdə saxlamaq istəmədiyi İŞİD üzvləri ilə bağlı Ağ Evin açıqlamasına da münasibət bildirib:

“Rəqəmlər bir az şişirdilib. Hazırda həbsxanalarda olan İŞİD üzvləri ilə bağlı rəqəmlər var. Məsələ ilə bağlı yanaşma tərzimiz var. “İŞİD-çilərin nəzarətindən imtina etməliyik, yetər” deyirlər. Bu məsələ ilə bağlı necə addımlar atıla bilər, özləri ilə görüşəcəyik. Necə addımlar ataq ki, həbsxanalardakı İŞİD-çiləri yerbəyer edək”.

Türkiyə prezidenti Trampla şəxsi görüşünün böyük ehtimalla noyabr ayının birinci hissəsində keçiriləcəyini bildirib.

Ərdoğan ABŞ səfərində F-35 layihəsinin də müzakirə olunacağını, bu prosesin çox uzandığını, Trampla görüşdə yekun qərar veriləcəyinə ümid etdiyini bildirib.


Oxunma sayı: 3015

Oxşar yazılar