Bakıda 5 nəfər evə baqsın edərək qadını döydü

  • 07 Okt - 2019

Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə müraciət edən Yeni Suraxanı qəsəbəsində yaşayan Ə.Bayramova oktyabrın 5-də saat 4 radələrində evinə daxil olmuş 5 nəfərin ona fiziki zor tətbiq edərək oradan 400 manat və mobil telefon aparmalarını bildirib.

DİN-nin mətbuat xidmətindən Avropa.info-ya verilən məlumata görə, Bakı ŞBPİ və Suraxanı RPİ 31-ci PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini H.Həsənov saxlanılıb. Suraxanı RPİ tərəfindən araşdırma aparılır.


Oxunma sayı: 628

Oxşar yazılar