Bağdad vilayətinin qubernatoru istefa verib

  • 19:35 - 06 Oktyabr

İraqın Bağdad vilayətinin qubernatoru Fallah əl-Cazairi istefa verib. 

Bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb. 

Qubernatorun səlahiyyətini Bağdad vilayət Şurası yeninə yetirəcək. 

Qeyd edək ki, oktyabrın 1-də İraqda yoxsulluq, işsizlik və korrupsiyaya etiraz olaraq hökumət əleyhinə aksiyalar başlayıb. 

Bağdad və digər şəhərlərdə küçələrə çıxan insanlar hökumətin istefasını tələb ediblər. Bir sıra yerlərdə, o cümlədən Bağdadda dinc aksiyalar kütləvi iğtişaşa və təhlükəsizlik qüvvələri ilə toqquşmalara çevrilib. Şiə din xadimi Müqtəda əs-Sədr parlamenti istefa verməsinin və beynəlxalq müşahidəçilərin nəzarətində növbədənkənar seçkilər keçirilməsinin zəruri olduğunu bəyan edib. 

Aksiyalarda toqquşmalar nəticəsində 113 nəfər ölüb, 4,1 mindən çox insan yaralanıb. 

 


Oxunma sayı: 5116

Oxşar yazılar