Avstraliya hökuməti İran vətəndaşını azad edib

  • 18:35 - 06 Oktyabr

Avstraliya hökuməti 13 ay əvvəl Melburn şəhərində həbs etdiyi İran vətəndaşı Rza Dehbaşı azad edib.

6 ay əvvəl İrana gələn avstraliyalı bloqqerlər Coli King və Mark Firkin icazəsiz dron uçuraraq çəkiliş apardıqlarına görə həbs olunmuşdular. İki ölkənin Xarici İşlər nazirliklərinin apardıqları danışıqlar nəticəsində avstraliyalı bloqqerlər azad edildi. Yerli mətbuat yazır ki, onlar İran qanunlarını pozaraq strateji obyektlərin yanında dron vasitəsi ilə çəkiliş aparıblar. Lakin araşdırma zamanı məlum olub ki, onlar strateji obyektin çəkilişini aparmayıblar. Ona görə də məhkəmə onların azad edilməsi haqqında qərar verib.

Bunun müqabilində isə Avstraliya məhkəməsi 13 ay əvvəl Melburnda həbs olunan Rza Dehbaşın azad edilməsi haqqında qərar qəbul edib. Rza Dehbaş Melburn Universitetində doktorluq dissertasiyasını müdafiə etməyə hazırlaşırdı. Azad olunduqdan sonra dərhal İrana qayıdan R.Dehbaş təhsilini davam etdirəcəyini bildirib.

Daha bir Avstraliya vətəndaşı Kayl Mur hələlik Tehranda həbsxanada saxlanılır. O, casusluqda ittiham olunaraq 10 il azadlıqdan məhrum edilib. Onun da azad olunması istiqamətində danışıqlar aparılır.


Oxunma sayı: 14587

Oxşar yazılar