Taekvondoçumuz Avropa birinciliyində bürünc medal qazandı

  • 14:18 - 05 Oktyabr

Azərbaycan taekvondoçusu Səyyad Dadaçov İspaniyanın Marina Dor şəhərində keçirilən gənclər arasında Avropa birinciliyində bürünc medal qazanıb.

Qitə birinciliyində 51 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz bolqarıstanlı, niderlandlı və serbiyalı idmançılara qalib gələrək yarımfinala adlayıb.

Yarımfinalda macarıstanlı taekvondoçuya uduzan S.Dadaşov yarışı bürünc medalla başa vurub.


Oxunma sayı: 6601

Oxşar yazılar