Ermənistanda atışma: 3 ölü, 5 yaralı

  • 14:00 - 05 Oktyabr

Oktyabrın 4-də gecə saatlarında Ermənistanı Lor vilayətinin Vanadzor rayonunda silahlı insident baş verib.

“aysor.am” saytına istinadən verilən məlumata görə, gecə saat 23.55 radələrində şəhərin Miçurin küçəsində evlərdən birinin zirzəmisində güllə yarasından ölmüş 1989-cu il təvəllüdlü iki gəncin meyiti aşkarlanıb.

Eyni zamanda müxtəlif dərəcəli bədən xəsarəti almış 6 nəfər Vanadzor Şəhər Xəstəxanasına gətirilib. Onlardan biri - 1994-cü il təvəllüdlü gənc xəstəxanaya gətirilərkən yolda ölüb.

Aparılan istintaq çərçivəsində 1979-cu il təvəllüdlü Vanadzor sakini saxlanılıb və o, etiraf xarakterli ifadə verib. Hadisənin digər iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır. (APA)


Oxunma sayı: 5479

Oxşar yazılar